Zelenskidən maraqlı TƏKLİF: məmurların maaşı azaldılıb sosial xərclərə yönəldilsin

579312

Ukrayna Prezidenti Vladimir Zelenski 2020-ci ilin dövlət büdcəsində məmurların gəlirlərinin 10 faiz azaldılması təklifi ilə çıxış edib.

VOİCEPRESS xarici mətbuata istinadla xəbər verir ki, V.Zelenski 2020-ci ilin dövlət büdcəsinin müzakirələrindən sonra mətbuata açıqlamasında məmurların gəlirlərinin azaldılması hesabına büdcənin xərclərinin aşağı salınmasının vacibliyini vurğulayıb.

O deyib ki, bunun hesabına əldə edilən gəlirlər büdcənin sosial xərclərinə yönəldilməlidir.

Qeyd edək ki, Ali Rada Ukraynanın 2020-ci il üçün dövlət büdcəsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.

VOİCEPRESS

Əvvəlki məqaləİraqdakı aksiyalarda ölənlərin sayı 63-ə çatdı
Növbəti məqalədəMikayıl Cabbarovun İqtisadiyyat Nazirliyinə gətirilməsi böyük ETİMADDIR

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin