Milli Məclisdə diaspor müzakirəsi: “Keyfiyyətcə yeni işlər görülür”

0
313630

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Qanuna edilən əlavə ilə “Diaspor fəaliyyətində xidmətə görə” medalı təsis edilir.

VOİCEPRESS-ın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin iclasında çıxış edərək bildirib ki, hazırda diaspor sahəsində yeni siyasət həyata keçirilir:

“Ulu öndər Heydər Əliyev 1993-cü ildən başlayaraq, bütün xarici səfərlərində diaspor nümayəndələrimizlə görüşürdü. Bu, bizim xarici siyasətimizin ayrılmaz tərkib hissəsi idi. Sonrakı mərhələdə prezident İlham Əliyev də daimi olaraq xaricdə yaşayan soydaşlarımıza xüsusi diqqət göstərib. Hazırda, bizim diaspor sahəsində keyfiyyətcə yeni siyasət həyata keçirilir. Azərbaycanın dünyada artan nüfuzu bu sahəyə xüsusi diqqət göstərilməsini tələb edir”.

Əli Hüseynli qeyd edib ki, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi zərurəti yaranıb:

“Milli Məclisin sabiq deputatı Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinin sədri kimi fəaliyyətə başladığı dövrdən diaspor sahəsi ilə bağlı keyfiyyətcə yeni işlər görülməyə başlayıb. Dünyada baş verən çağırışlar və Azərbaycan diasporunun fəaliyyətinin artan nüfuzu bu sahədəki qanunvericiliyin də təkmilləşdirilməsi zərurəti yaradıb”.

Qeyd edək ki, bu medal diaspor fəaliyyətində fərqlənən şəxslərə veriləcək.

VOİCEPRESS[b][/b]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here