Ermənilər tanınmaz hala saldıqları Şuşa məscidinin “açılışını” etdilər

236144

Ermənilər rekonstuksiya adı ilə tanınmaz hala saldıqları Şuşa məscidinin “açılışını” oktyabrın 14-də gerçəkləşdirib.

VOİCEPRESS xəbər verir ki, layihəni Ermənistanın “İDeA” fondunun maliyyəsi hesabına İranın “Part Saman Jahan” memarlıq şirkəti həyata keçirib. Şuşa məscidinin rekonstruksiyadan sonra açılış mərasiminə əcnəbi qonaqlar da qatılıb.

Layihənin əsas maliyyəsini erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan ayırıb.

Tarixi Yuxarı Gövhər Ağa məscidinin rekonstruksiya adı ilə tanınmaz hala salan düşmən tərəfi yaxınlıqda yerləşən mədrəsədə də ciddi dəyişikliklər aparıb.

Xatırladaq ki, Yuxarı Gövhər Ağa məscidi 1883-cü ildə inşa olunub. Məscidin memarı Kərbəlayi Səfi Xan Qarabaği olub.


VOİCEPRESS

Əvvəlki məqaləBakıda Türk Şurasına üzv dövlətlər arasında sənədlər imzalandı
Növbəti məqalədəNazir Avropa İttifaqı ilə əməkdaşlığı müzakirə etdi

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin