Bakıda Türk Şurasına üzv dövlətlər arasında sənədlər imzalandı

604433

[right][/right]

Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib.

VOİCEPRESS xəbər verir ki, əvvəlcə dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşünü açaraq dövlət və hökumət başçılarını salamlayıb.

Sonra Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov çıxış edib. Prezident çıxışında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyin Azərbaycana keçdiyini deyib.

Prezident İlham Əliyev Zirvə Görüşündə çıxış edib.

Sonra dövlət başçısı “Türk dünyasının Ali Ordeni”ni Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevə təqdim edib.

Zirvə Görüşündə Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş Naziri Viktor Orban, Türkmənistan Baş Nazirinin müavini Purli Aqamuradov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev çıxış ediblər.

Növbəti Zirvə Görüşünün Türkiyə Respublikasında keçirilməsi qərara alındı.

Daha sonra sənədlərin imzalanması mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə yekun vurub.



VOİCEPRESS

Əvvəlki məqaləDaha bir ölkə Türkiyəyə silah satışını dayandırdı
Növbəti məqalədəErmənilər tanınmaz hala saldıqları Şuşa məscidinin “açılışını” etdilər

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin