Rusiya mətbuatında belə xəbər və ya şərh yayılıb.Deyilənə görə Ermənistanın Xarici İşlər Naziri bu həftələrdə ABŞ-da olarkən razılaşıb ki,Qarabağ probleminin həlli üçün Amerikadan 5 milyard dollar alacaq.Məndən çox soruşulur ki ,bu nə xəbərdi?
Əvvəla,xəbərin Rusiya mediasından yayılması bir daha göstərir ki,hazırkı rus elitası Paşinyana islaholunmaz xəyanətkar kimi baxır və fikrini dəyişməyəcək .
İkinci,bu xəbəri Rusiyadakı erməni lobbisi Rusiyanı şantaj etmək məqsədilə düzüb-qoşa bilər.”Bizə münasibətiniz dəyişməsə ,özümüzü amerikanlara satarıq”məntiqi ilə..
Üçüncü, Paşinyan “5 milyard söhbətinin “yayılmasında özü də maraqlı ola bilər.Ermənilər yaxşı başa düşürlər ki ,torpaqlarımızı əbədi əllərində saxlaya bilməyəcəklər , onu nə vaxtsa qaytarmağa məcbur ediləcəklər, Azərbaycan öz torpaqlarını pulla satın almaq alverinə heç vaxt getməyəcək, odur ki,Azərbaycan torpaqlarına əvəz kimi gördükləri bir neçə milyard dolları ya ABŞ-dan, ya da Rusiyadan almaq istəyində ola bilərlər.
Nəzərə alsaq ki, Qarabağ probleminə görə müharibənin başlamağını ən çox istəməyən Rusiyadır, (ABŞ-ın nə vecinə,müharibə onun sərhədlərindən düz on min kilometr uzaqda olacaq ,əgər olsa), Paşinyan həmin 5 -6 milyardı məhz Rusiyadan qoparmaq üçün bir oyunun dalınca düşə bilər.
İndi ermənilər üçün bir neçə milyard pul qazanmağın bundan asan yolu var?![/justify]
Aydın Guliyev – Bakı Xəbər Qəzetinin baş redaktoru
VOİCEPRESS