Amerikalıların əksəriyyəti Trampın impiçmentini dəstəkləyir – SORĞU

0
314353

ABŞ-da prezident Donald Trampnı impiçmentini vətəndaşların 47%-i dəstəkləyir.

VOİCEPRESS xarici KİV-ə istinadən xəbər verir ki, onlar Nümayəndələr Palatasında demokratların başlatdığı impiçment proseduruna tərəfdar olublar.

Sentyabrın 26-27-də The Hill və HarrisX tədqiqat qrupunun apardığı araşdırmaya görə 42% respondent bu prosedurun əleyhinə çıxıblar. Daha 11% rəyi soruşulan isə qəti qərar verə bilmədiyini söyləyib.

Ümumilikdə, sorğuda min şəxs iştirak edib.

Xatırladaq ki, impiçment proseduru Trampın Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığı zamanı seçkilərdə rəqibi olacaq demokrat Co Baydenin oğluna qarşı araşdırma başladılmasını tələb etməsinə görə başlayıb. Həmin telefon danışığı kəşfiyyat xidmətinin əməkdaşı tərəfindən Senata ötürülüb.

VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here