İsrail Suriyanı bombaladı

0
313797

Suriyanın Hava hücumundan müdafiə qüvvələri Dəməşq yaxınlığında İsrailin aviazərbələrini dəf edib.

VOİCEPRESS.AZ-ın xəbərinə görə, bu haqda SANA agentliyi məlumat yayıb.

Suriya HHM sistemi səkkiz İsrail raketini havada zərərsizləşdirib. Buna baxmayaraq, bəzi raketlərinə hədəfinə çatdığını bildirilir.

Aviazərbələr nəticəsində Dəməşq aeroportu yaxınlığında yerləşən anbarlara ziyan dəydiyi qeyd olunur. Ancaq bu paytaxtın hava nəqliyyatına heç bir təsir göstərməyib.

Bildirilir ki, aviazərbələr Livanla sərhəddə yerləşən Şimali Qalileya bölgəsi tərəfdən endirilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here