Hindistanda qadınlar bərabərlik tələbilə 620 kilometrlik “canlı divar” yaradıblar

0
314683

Hindistanda qadınlar bərabərlik tələbilə qeyri-adi aksiya keçiriblər.

VOİCEPRESS.AZ məlumatına görə, bu barədə NDTV bildirib.

Xəbərdə qeyd edilir ki, aksiya Kerala ştatında baş verib. Qadınlar bərabərlik tələb edərək, 620 kilometr “canlı divar” yaradıblar.

Qeyd edilir ki, aksiyada 5 milyona qədər qadın iştirak edib. Nümayişçilər Kasaraqod və Tiruvamantapur şəhərləri arasında şose yol boyu əl-ələ tutaraq, canlı “zəncir” qurublar. Aksiya iştirakçıları arasında ölkənin məşhur siyasi və ictimai fəalları da olub.

Məlumata görə, aksiyaya 10 yaşdan 50 yaşa qədər qadınların Keraladakı Ayyapan məbədinə baş çəkməsinə qoyulan qadağa səbəb olub.

Ölkənin Ali Məhkəməsi uzun müddət mövcud olan bu qadağanı aradan qaldırıb. Ancaq qadınlar hələ də məbədə gedə bilmirlər.

Qeyd edək ki, daha əvvəl Hindistanda 65 yaşlı qadın ikinci dəfə ana olub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here