ABŞ Nikolas Maduronun prezidentliyini tanımadığını bildirdi

0
313960

“ABŞ Venesuelada Nikolas Maduronun prezidentliyini tanımır və bu ölkənin rəhbərliyinə təzyiq etmək üçün bütün tədbirləri görəcək”.

VOİCEPRESS.AZ RİA “Novosti”-yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bildirib.

“Birləşmiş Ştatlar Venesuela diktatoru Nikolas Maduronun qanunsuz hakimiyyət iddialarına qarşı çıxır. Onun 2018-ci ilin may ayındakı “seçkilər”ini bütün dünya qeyri-azad, qeyri-dürüst, etimada layiq olmayan syaıb. Biz qanunsuz Maduro rejiminin öz rəhbərlərini azad seçmək haqqını ucadan tələb edən bütün venesuelalıların təhlükəsizliyinə birbaşa cavabdeh olduğunu düşünür və Venesuelada demokratiyanı bərpa etmək üçün ABŞ-ın bütün iqtisadi və diplomatik qüdrətini bundan sonra da işə salacağıq”, – deyə Ağ Ev rəsmisinin yazılı bəyanatında qeyd olunub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here