VOİCEPRESS.AZ Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23 747,57 min dollar və yaxud 57,61% çoxdur.
Hesabat dövründə ixrac edilmiş elektrik enerjisinin həcmində də müsbət dinamika müşahidə edilib. Belə ki, xarici ölkələrə 1 380 154,32 min. kVt/saat elektrik enerjisi satılıb. Bu da 2017-cı ilin 11 ayına nisbətən 444 748,31 min. kVt/saat və yaxud 47,55% çoxdur.
Qeyd edilən dövrdə ixrac edilən elektrik enerjisinin hər kVt/saatı 0,047 dollar yaxud 0,0799 (AMB-nin rəsmi məzənnəsinə görə 1 ABŞ dolları 1,7 Azərbaycan manatına bərabərdir) manat olub.
Yanvar-noyabr aylarında elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracının 0,42%-ni təşkil edib.
Xatırladaq ki, Azərbaycanın ən əsas elektrik enerjisi ixracatçısı “Azərenerji” ASC-dir.
VOİCEPRESS.AZ