Bu il Azərbaycan 28,2 mlrd. dollarlıq xarici ticarət həyata keçirib

17 Dekabr, 10:35

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 28 mlrd. 214 mln. 292,31 min ABŞ dolları təşkil edib.

VOİCEPRESS.AZ-ın Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 7 mlrd. 922 mln. 608,88 dollar və ya 39,04% çoxdur.

Ötən 11 ay ərzində idxal əməliyyatları 10 mlrd. 295 mln. 486,72 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 2 mlrd. 504 mln. 783,19 min dollar və ya 32,15% çoxdur.

Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 17 mlrd. 918 mln. 805,59 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 5 mlrd. 417 mln. 825,69 min dollar və ya 43,34% çoxdur.

Nəticədə 7 mlrd. 623 mln. 318,87 dollar məbləğində müsbət saldo yaranıb ki, bu da 2017-ci ilin 11 ayı ilə müqayisədə 2 mlrd. 913 mln. 042,5 min dollar və ya 61,84% çoxdur.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here