Parlament Azərbaycanın Cənubi Sudana sülhməramlı göndərməsinə razılıq verdi

30 Noyabr, 13:48

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın Cənubi Sudana sülhməramlı göndərməsi məsələsinə baxılıb.

VOİCEPRESS.AZ-ın verdiyi xəbərə görə, bu barədə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verib.

Qeyd edilib ki, parlament Azərbaycan Ordusunun 4 nəfərdən ibarət hərbi heyətinin “qərargah zabit” və “hərbi müşahidəçi” qismində BMT-nin komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verib.

Hərbi qulluqçularımızın 2019-cu ilin yanvar ayında Cənubi Sudanın paytaxtı Cuba şəhərinə ezam olunması nəzərdə tutulub.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here