İzmir şəhərində STAR neft emalı zavodunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan idarəetmə ofisi ilə tanış olublar.
VOİCEPRESS.AZ-ın verdiyi xəbərə görə, prezidentlərə STAR neft emalı zavodunda görülən işlər barədə məlumat verilib. Sonra xatirə şəkli çəkdirilib.
STAR neft emalı zavodunun açılış mərasimində əvvəlcə müəssisənin tarixi əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Açılış mərasimində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Fatih Dönməz, xəzinə və maliyyə naziri Berat Albayrak, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım çıxış ediblər.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış ediblər.
Daha sonra dövlət başçıları zavodun açılışını ediblər.
Sonda birgə foto çəkdirilib.


VOİCEPRESS.AZ







