Dövləti quldurluqda, korrupsiyada ittiham edən müxalifət görəsən özü bu illər ərzində nə iş görüb? Xaricdən aldığı qrantların görəsən ən kiçik məbləği şəhid ailələrinə və ya bu gün ermənilər tərəfindən girov saxlanılan Dilqəm və Şahbazın adından istifadə edib şəxsi maraqlarından dolayı mitinqə adam səsləyənlər onların ailələrinə yardım edibmi?
Axı Dağlıq Qarabağ məsələsi, Xocalı soyqrımı, şəhidlərimiz, girovluqda əziyyət çəkən soydaşlarımız, qətlə yetirilən balalarımızın, ağlar qalan, yurd-yuvasından didərgin düşmüş həmvətənlərimizin müxalifət-iqtidar çəkişməsinə nə aidiyyatı var? Axı bu sadalanan hər bir problem ümummilli problem deyilmi?
Bu gün müxalifətin hər hansı nümayəndəsini dindirsən dövləti ittiham edir. Adama deyərlər dövlət rəhbərliyini yardim etdiyi halda ittiham edirsən, bəs sən özün hansı yardımı etmisən? Əksinə gəncləri min bir ad altında mitinqlərə toplayıb, onları yalnış yönə istiqamətləndirməklə həbs etdirib, sonradan öz kirli oyununuzu oynamaq üçün dövləti yenə ittham edənlər sizlər deyilsizmi?
Bir dəfə müxalifət liderlərinin birinə müsahibələrin birində sual verdim. Dedim ki, bəs siz xalq üçün nə etmisiz? Bəlkə hansısa bir fərdinə, hansısa ailəyə yardım edirsiz? Cavab verdi ki, guya müxalifət liderləri üçün dövlət tərəfindən bunları etmək üçün maneələr yaradılır…
Yaxşı, Amerika barlarından, gecə klublarından səs-soraqları gələnlərin səsini bizlər Somalidə, Afrində, Suriya qaçqınlarına yardım edərkən də görə bilmirik axı, ey mənim “yardımsevər müxalifətim”?! Dövləti korrupsiyada ittiham edənlər, qrant alıb dövlətinə vergi ödəməmək adına qrantı Gürcüstan banklarından çəkib xərclədikləriniz nədir bəs?
Sizin gücünüz elə özümüzünkünə çatar. Ermənilərin biri gedib, biri gəlir…o zaman hansı qrantın kölgəsində gizlənmişdiz ki, müxalifət olduğunuzu da unutmuşdunuz? Sosial şəbəkə də, boğazdan yuxarı pafoslu danışıb, illərdir şablon fikirləri insanlara sırımaqla müxalifıtçilik olmur. Sizin müxalifətçilik oyununuz artıq reytinqdən çoxdan düşüb. Seçkidən seçkiyə yalnız müxalifətçilik oynamaq adına qış yuxusandan oyanıb daxili siyasi arenada 1-2 mitinq etməklə insanların inamını qazanmaq olmur. Nə üçün mətbuat sizə istər Trampdan, istərsə də zavallı Sərkisyandan belə sual verəndə də dövləti ittiham etməkdən çəkinmirsiz?
Belə vətənpərvər və ədalətdən dəm vurursuzsa, Dilqəm və Şahbazın adından istifadə edib çağırdığınız mitinqi xaricdə Avropa Parlament Assambleyasında Ermənistan prezidentinin Azərbaycanın ünvanına növbəti qarayaxma kampaniyasına etiraz etmək adına çağırardınız… Gərək ki, siz kürsü başına keçəsiniz ki, sizdə vətənpərvərlik hissi oyana? Axı bütün bunlar xalqın gözü qarşısında baş verir… Axı hər kəs bütün bunların fərqindədir…
Sabah yenə siz “müxalifət” mitinq edir… Yenə zavallı və cahil gənclərimizdən istifadə edib özünüzə bal qazanacasız. Qızışdırıb, müəyyən vədlərlə qabağa verdiyiniz gənclərin ismini isə siyasi məhbus qoyub əlinizə bayraq edəcəksiniz… Bu da artıq inandırıcı deyil…
Ey qısaqapanmalarla idrak etməyə cəhd edən “müxalifətim”, üzülərək sizə deyirəm ki, siz “zəif bəndsiniz”! Sizin qatarınız çoxdan gedib…O qatarın dalınca isə baxmağa dəyməz…
Gözardı edilən erməni rüzgarı….
Bütün bunlar Azərbaycandakı bir sıra ermənipərəstlərin erməni qadınları hümanistcəsinə öz torpağında qarşılayan zaman baş verirdi. Erməni öz məkirliyindən qalmır, amma bizlər sülh platformasından dəm vururuq. Şəhidlərimizi görəsən sonra necə anırıq biz? Heç utanırıqmı?
İndi bunu hər hansısa bir səlahiyyətli şəxsə sorsaq tez, ABŞ səfiri Riçard Millzin Ermənistandakı korrupsiya və iqtisadi çöküşləri ilə ilgili rəsmi bəyanatı gözümüzə soxacaq. Guya bu bəyanat nə isə dəyişir? O bəyanata məhəl qoyan varmı? Çünki ABŞ senatında “Azərbaycan məsələsi” adlı komitə yoxdur. Çünki ABŞ senatında azərbaycanlı deputat da yoxdur.
Çünki bizlərin çoxu xaricə ancaq öz ölkəmizə çamur atmaq üçün üz tuturuq. Kiminsə ailə üzvlərini təhqir edib, xaricdə adımızı siyasi məhbus qoyub ömürlük qaçqın həyatı sürməyi üstün tuturuq. Amma bəyənmədiyimiz və nifrət bəslədiyimiz bu erməni o qədər xarici siyasi elitanın iliyinə işləməyi bacarır ki, ABŞ səfiri Ermənistandakı korrupsiyadan danışsa belə, işğal altında qeyri-qanuni saxladıqları torpaqlara rəsmi Vaşinqtonun maliyyə yardımına nail ola bilirlər.
ABŞ senatında “Erməni məsələləri” komitəsinin əksər üzvlləri rəsmi İrəvanın müxalif düşərgəsinin nümayəndələridir. Bizim müxalifət nümayəndələri isə Amerika bar və klublarından başqa bir yerə gedib çıxa bilmirlər. Sizcə onlar bizə, sizə nə vəd edə bilər axı?
Fikrim düşməni öymək, onların hərəkətlərinə bəraət qazandırmaq deyil. Əksinə, mən sadəcə düşmənə baxıb hərbi-texniki sursatlarımızı qaydasına saldığımız kimi müxalif və iqtidar olmağımızdan asılı olmayaraq vahid ideoloji prinsiplərə xidmət edib-etmədiyimizi də öz qaydasına salmağımızın gərəkdiyi xatırlatmaq istədim…
Ü. Musazadə
VOİCEPRESS.AZ







