Hacı Quliyev: “Teatrlaşdırılmış səhnəyə xalatla çıxmaq olar”

17 Mart, 12:01

“Hansısa bir teleaparıcının teatrlaşdırılmış televiziya səhnəsinə hamam xalatı ilə çıxması sırf şou xarakteri daşıyır”. Bunu VOİCEPRESS-ə açıqlamasında Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti, sosial-siyasi ekspert, “Ümidlə gəl” televerlişinin layihə rəhbəri Hacı Quliyev Zaur Baxşəliyevin tamaşaçılar qarşısına hamam xalatında çıxmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu gün televiziya teatr səhnəciyi kimi istifadə olunur, bu isə bütün dünyada adi hal kimi qəbul edilir:

“Teatr səhnəsi ilə televiziya arasında yerlə göy qədər fərq var. Teatr səhnəsində istənilən libasda şou nümayiş etmək mümkündür. Amma televiziyanın əfsusular olsun ki, nə qədər modernləşsə belə, müəyyən kriteriyaları, sərhədləri və öz prinsipləri var. Amma bütün bu prinsiplər televiziyada da tetrlaşmış səhnədə hamam xalatı ilə səhnədə obraz yaratmağa qadağa qoymur. Əlbəttə hər bir teleaparıcının bir nömrəli vəzifəsi verlişi baxımlı etmək, çoxlu tamaşaçı kütləsinə sahib olmasıdır. Bu günün tamaşaçısı isə daha sosiallaşmış tamaşaçıdır.

Onu ucuz nömrələrlə televiziyaya kilitləmək mümkün deyil. Əksinə unutmaq gərəkmir ki, bu gün tamaşaçı çox gözəl müqayisə etmək bacarığına malikdir. 5-10 il bundan əvvəl TV qarşısındakı tamaşaçı üçün alternativ yox idi. Bu gün isə alternativ var, tamaşaçı rahatca öz seçimini edir. Və ən əsası bu günün tamaşaçıları üçün səviyyə ən önəmli göstəricidir. Ucuz nömrələrlə isə bəzən illərin əziyyətini bir anda yerə vurmaq olur. Bu gün tamaşıçı kiminsə haqqında bəhs edilən mövzunu eşitməkdə deyil, öz probleminin həlli yolları ilə bağlı məlumat almaqda maraqlıdır. Bu gün tamaşaçı əyləncəli saatları belə bol informasiya almaq istəyindədir. Eyni zamanda bu gün tamaşaçı süni şəkildə yox, günlük həyatda üzləşdiyi problemlərin ekranlaşmasında maraqlıdır. Zaur isə hər bir insanın qarşılaşdığı bir problemi sadəcə səhnələşdirib. Hesab edirəm tetrlaşdırılmış bir səhnədə hamam xalatı ilə efirə çıxmaq problem kimi qələmə verilməməlidir”.

Гаджи Гулиев: «На театральную сцену, можно выйти в халате»

Haji Guliyev: “On the stage, you can go out in a dressing gown”

Ilahə Bakıxanova
VOICEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here