Zukerberq niyə bir gündə 2,9 milyard dollar itirdi?

377422

“Facebook” xəbər lentində dəyişikliklərin edilməsi ilə bağlı səsləndirilən bəyanat sosial şəbəkənin qurucusu Mark Zukerberqə 2,9 milyard dollara başa gəlib.

VOİCEPRESS.AZ bildirir ki, Zukerberq “Facebook”un xəbər lentinə dəyişikliklər etmək planlarını açıqladıqdan sonra şirkətin səhmləri 3,9 faiz düşüb.

“Bloomberg Billionaires Index”in məlumatına əsasən, nəticədə Zukerberqin varidatı 77,3 milyard dollardan 74,4 milyard dollara qədər azalıb.

Səhmlərin düşməsi tendensiyası ticarət sessiyasının sonuna qədər saxlanılsa, o zaman Mark Zukerberq “Bloomberg”in versiyasına əsasən tərtib edilmiş dünyanın ən varlı adamları siyahısındakı dördüncü yeri itirəcək və öz yerini “Zara” şirkətinin sahibi Amansio Ortegaya vermiş olacaq.

VOİCEPRESS.AZ

Əvvəlki məqaləABŞ Türkiyənin təhlükəsizliyini təhdid edir
Növbəti məqalədəŞəhriyar Məmmədyarov II turu qələbə ilə başa vurub

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin