ABŞ Prezidenti Donald Tramp İran üzərindən sanksiyaların götürülməsi rejiminin uzadılması ilə bağlı qərar qəbul edib.
VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə informasiyanı “Blomberq” agentliyi yayıb. Agentlik Trampın bununla 2015-ci ildə İranla nüvə razılaşmasını qüvvədə saxladığını və Ağ Evlə Konqresə Tehrana qarşı yeni məhdudiyyətlərin tətbiq edilməsi haqqında qanunun hazırlanması ilə bağlı əlavə vaxt verdiyini bildirib.
VOİCEPRESS.AZ







