Saakaşvili Yeni ili çadırda qarşıladı – Video

2 Yanvar, 02:11

Mixail Saakaşvili Yeni ili Ali Radanın yaxınlığında qurulmuş çadır şəhərciyində qarşılayıb.

VOİCEPRESS.AZ xəbər verir ki, Saakaşvili gələn il də Yeni ili burada, lakin bu dəfə qalib kimi qarşılayacağını bildirib.

Siyasətçi Yeni ili çadır şəhərciyində geniş dost əhatəsində qeyd etdiyini söyləyib.

“Birlikdə yaşadıqlarımız və yaşayacaqlarımızdan sonra 2018-i başqa yerdə qarşılaya bilməzdim. Mübarizəmiz müddətində bu insanlardan bir çoxuna zərər dəydi: bəziləri xəsarət aldı, bəzilərinə qarşı iddia qaldırıldı, bəzilərini isə həbsxanaya saldılar. Onların hər birinə dəstək lazımdır. Gələn il biz Yeni ili Ali Radanın qarşısında ənənə olaraq və qalib kimi qarşılayacağıq. Biz ötən ildən necə mübarizəyə başladığımızı, necə xalqı oyatdığımızı xatırlaya bilərik. Gələn il isə necə qalib gələcəyimizi xatırlayacağıq”, – Saakaşvili deyib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here