Poroşenko və Tillerson Davosda hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər

26 Yanvar, 20:45

VOİCEPRESS.AZ xəbər verir ki, İsveçrənin Davos şəhərində Ukrayna prezidenti Petro Poroşenko və ABŞ dövlət katibi Reks Tillerson arasında görüş olub.

“Müdafiə sahəsində əməkdaşlıq üçün yeni imkanlar görürük. Bu gün dövlət katibi Reks Tillersonla bu əməkdaşlığın müəyyən mərhələləri barədə razılığa gəldik”, deyə Ukrayna prezidenti görüşdən sonra qeyd edib.

Poroşenko əlavə edib ki, söhbət xüsusilə birgə təlimlər və silah tədarükündən gedir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here