Parisi su basdı

28 Yanvar, 09:19

Fransanın paytaxtı Parisdə aramsız yağışlar nəticəsində Sen çayının səviyyəsi 4 metrə qədər yüksəlib.

VOİCEPRESS.AZ xəbər verir ki, yağış yağmağa davam edərsə, çayın səviyyəsinin 6 metrə qədər qalxması gözlənilir.

Şəhərdə daşqın ehtimalına qarşı həyəcan siqnalı verilib, əksəriyyət yollar su altına qalıb. Luvr muzeyinin İslam əsərləri kolleksiyası olan aşağı mərtəbəsi subasma təhlükəsinə qarşı ziyarətçilərə qapadılıb.

Şəhər və ətraf ərazilərdə yaşayan 650 nəfər subasma riskinə qarşı təxliyə edilib. Bundan əlavə, yağış suları Paris küçələrinə çoxlu siçan və siçovulların gəlməsinə səbəb olub.

Qeyd edək ki, Parisdəki ən böyük sel fəlakəti 1910-cu ildə baş vermiş və şəhər 2 ay sular altında qalmışdı.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here