Pensin İsrail səfərinə etirazlar başladı

18 Dekabr, 15:03

Fələstinlilər ABŞ-ın vitse-prezidenti Mayk Pensin İsrailə səfərinə qarşı etiraza başlayıb.

VOİCEPRESS.AZ xəbər verir ki, etirazçılar Beytullahim bölgəsində Həzrəti İsanın doğulduğu yer olaraq tanınan Mehd (doğuluş) kilsəsi meydanına toplaşıb.

Məlumata görə, əllərində Fələstin bayraqları tutan etirazçılar Qüdslə bağlı şüarlar səsləndirib. Onlar Fələstin xalqının haqqını tapdalayan heç bir amerikalının regiona gəlməsini istəmədiklərini bildiriblər.

Qeyd edək ki, Pensin İsrail səfəri Trampın Qüds qərarından sonra ertələnmişdi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here