Putin Sərkisyanı qəbul edəcək

15 Noyabr, 10:07

Ermənistan Prezidenti Serj Sərkisyan bu gün Rusiya Prezidenti Vladimir Putinlə Moskvada görüşəcək.

VOİCEPRESS
xəbər verir ki, Kremlin mətbuat xidməti prezidentlər arasında aparılan danışıqlarda əsas müzakirə mövzusunun ikitərəfli dostluq münasibətlərinin inkişafı, Avrasiya İttifaqı çərçivəsində əməkdaşlıq və regional məsələlər olacağını bildirib.

Kreml danışıqlardan sonra hər iki dövlət başçısının Tretyakovski qalereyasında Ermənistanın Rusiyadakı mədəniyyət günlərinin rəsmi açılış mərasiminə qatılacağını bildirib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here