Rusiya Prezidenti Vladimir Putin noyabrın 9-da Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşəcək.
VOİCEPRESS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. Onun sözlərinə görə, Putin Nazarbayevlə Rusiyanın Çelyabinsk şəhərində görüş keçirəcək.
O, Putinin bu görüşdən sonra Vyetnama Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının iclasına gedəcəyini bildirib.
VOİCEPRESS.AZ







