Metroda qatarlar toqquşdu: 23 yaralı

15 Noyabr, 09:46

Sinqapurda metroda qatarlar toqquşub.

VOİCEPRESS xəbər verir ki, qatarların toqquşması nəticəsində 23 sərnişin xəsarət alıb. Xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta qiymətləndirilir.

Hadisənin təfərrüatları ilə bağlı bildirilir ki, hərəkətdə olan qatar dayanmış vaqaonlara çırpılıb.

Sinqapur Metropoliten İdarəsi qəzanın “səhv” ucbatından baş verməsi barədə açıqlama yayıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here