Sima xanımla ilk dəfə görüşəndə onun nə qədər sadə və səmimi olması məni sözün əsil mənasında heyran etmişdi. Sima xanımla ünsiyyət mən insanın həm intelektual, həm maddi zənginliyi varikən onun sadəlik qiyafəsinin bir o qədər səmimi olması insanlıq adına bir lütf olduğunu öyrəndim. Sima xanım elmi, kitablardan əzbərlənmiş aforizmlərlə danışmaz. O bəsit sözlərlə amma olduqca zəngin ifadələrlə insanların qəlbinə yol tapmağı bacaran bir şəxsiyyətdir. Onun hər məzmunlu baxışı bir kitab qədər dərin fikirləri xəyali cümlələrə tökməyə müvəffədir. Bəsit sözlərin insan qəlbinin zənginliyini təqdim edəcək yeganə vasitə hesab edir Sima xanım. Sima xanım əsil dostluq nümunəsidir. Sima xanım dar günün, pis günün dostudur. İnsanlaı varlıqlı və ya kasıb statusları ilə yox, insan olduqları üçün sevən biridir Sima xanım.
Bu kimi zənginlikləri daşıyan bir şəsiyyətin “VOİCEPRESS ACADEMY” çərçivəsində “Ziyalı Xanımlar Forumu”na sədrlik etməsi, gənc xanımlarımıza böyük tövhə verəcək. Sima xanım başda olmaqla Ziyalı Xanımlar Forumunun digər xanım üzvlərinin nitq və fikirlərini eşidə biləcəklər. Problemə ziyalı xanımların fikir və məsləhətlərini eşidərək yanaşma şansı qazanacaqlar.
Mövcud sosial problemlərə nəzər salanda belə bir forumun yaranmasına ehtiyc vardı. Sima xanımın təşəbbüsü və mənəvi dəstəyi ilə ərsəyə gələn bu proqram sosial problemlər sırasında məişət zorakarlığından əziyyət çəkən xanımlarımızın psixoloji reablitasiyalar keçməsinə, onlarda özgüvənin artırmaq məqsədi ilə bir peşə öyrənməsinə, öz ayaqları üzərində dayana bilməsinə şərait yaradacaq. Bu isə birmənalı olaraq gənc qadınların intihara təşəbbüs etməsinin qarşısını almış olacaq.
Hər bir Azərbaycan qadını üçün ürəyi bir başqa döyünən Sima xanımı həm ərsəyə gətirdiyi, bu möhtəşəm layihədən dolayı, həm də özü kimi gözəl insanın bu gün var olmasından dolayı onu təbrik edirəm.
“VOİCEPRESS ACADEMY” kollektivi : “Sima xanım, yaxşı ki varsınız! Doğum gününüz mübarək!”

Ülkər Musazadə
VOICEPRESS.AZ







