Avstraliyada da “mavi”lər evlənə biləcəklər

15 Noyabr, 12:17

Avstraliya da eyni cinsli şəxslərin nikahlarının leqallaşdırıldığı ölkələr sırasına qatıla bilər.

VOİCEPRESS.AZ European-a istinadən bildirir ki, dünən cinsi azlıqların minlərlə mənsubu Melburn şəhərindəki Viktoriya Dövlət Kitabxanasının qarşısındakı meydana toplaşaraq ölkədə eynicinsli şəxslərin nikahları ilə bağlı referendumun nəticələrini bayram ediblər.

12,7 milyon avstraliyanın qatıldığı referendumun nəticələrinə görə, səs verənlərin 61,6 faizi və ya 7817247 nəfər eyni cinsdən olan şəxslərin nikahlarının leqallaşdırılmasının lehinə, 38,4 faiz və ya 4873987 nəfərsə əleyhinə səs veriblər.

Referendum sözügedən nikahların dərhal qanuniləşdirlməsi demək deyil. Plebissit, sadəcə, ölkə əhalisinin mövqeyini öyrənmək məqsədilə keçirilib.

Fəqət nəticələr açıqlanandan sonra Avstraliyanın baş naziri Malkolm Ternbull bəyan edib ki, Milad bayramınadək ölkə qanunvericiliyində “zəruri dəyişikliklər” aparılacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here