Rusiya-ABŞ münasibətlərinin bizə təsiri yoxdur – Ər-Riyad

8 Oktyabr, 16:15

Ər-Riyad Rusiya ilə hərbi-texniki, iqtisadi təhlükəsizlik və mədəniyyət sahələrində əlaqələrini inkişaf etdirmək niyyətindədir.

VOİCEPRESS xəbər verir ki, bu sözləri Rusiya mediasına açıqlamasında Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil Cübeyr deyib.

O bildirib ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Rusiya Prezidenti Vladimir Putinlə və Baş nazir Dmitri Medvedyevlə görüşdə çox məhsuldar danışıqlar aparıb. ABŞ-Rusiya münasibətləri haqqında danışan Adil Cubeyr bunun onlara təsir etməyəcəyini bildirib:

“Bizim vəzifəmiz Rusiya ilə bütün sahələrdə əlaqələrimizi inkişaf etdirməkdir. Rusiya ilə Qərb arasında sanksiyalar isə onlara aid məsələdir”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here