Avropa Birliyi yalnız İspaniyanı ittifaqın üzvü hesab edir.
VOİCEPRESS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Komissiyasının İqtisadiyyat və Maliyyə üzrə komissarı Piyer Moskovisi deyib. Onun sözlərinə görə, Kataloniyanın müstəqilliyi siyasi fantaziyadır:
“Təsəvvür edək ki, müstəqillik əldə olunub. Bu andan etibarən müstəqil Kataloniya Avropa İttifaqının üzvü olmayacaq. Avropa İttifaqı yalnız bir üzvünü – İspaniyanı tanıyır”.
VOİCEPRESS.AZ







