NATO ölkələrinə məxsus qırıcıların Rusiya sərhədlərində keçirdiyi uçuşlar mövcud sərhəd xəttini pozur.
VOİCEPRESS xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert Dmitri Drozdenko Sputnik-ə açıqlamasında deyib.
“Soyuq müharibə dönəmində olsaydıq, bu durumu normal qəbul edə bilərdik. Lakin mövcud durumda ABŞ başda olmaqla, NATO ölkələrinə məxsus qırıcıların sərhəd ərazilərdə keçirdiyi kəşfiyyat uçuşları bütün sərhəd normalarını pozur. Məsələn, biz ABŞ Hərbi Dəniz Qüvvələrinin ən böyük bazasının yerləşdiyi San-Dieqo sərhədlərində uçuş həyata keçirmirik”, – deyə ekspert əlavə edib.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi ötən həftə ABŞ-a məxsus qırıcıların sərhəd bölgələrdə 17 uçuş həyata keçirdiyi barədə məlumat yaymışdı.
VOİCEPRESS.AZ







