Azarkeşlər qola sevindi, tribuna çökdü

1 Oktyabr, 16:24

Fransa çempionatının 8-ci turunda keçirilən “Amyen” – “Lill” oyununda tribunada hadisə baş verib.
VOİCEPRESS xəbər verir ki, matçın 15-ci dəqiqəsində hesabı açan qonaq komandanın oyunçusu Fode Ballo-Turenin qoluna sevinmək azakeşlərə baha başa gəlib.

Belə ki, “Lill” fanatlarının yer aldığı tribunada bariyerlərdən biri çöküb. Nəticədə 4-ü ağır olmaqla ümumilikdə 26 nəfər yaralanıb.

Məhz bu səbəbdən oyun yarımçıq dayandırılıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here