Türkiyəli məşhur müğənni Alişan İranın paytaxtı Tehrana səfər edib.
VOİCEPRESS xəbər verir ki, o, oktyabrın 11-i Tehrandakı “Apostrofe Restaurant”ın açılışında iştirak edib. Minlərlə insanın axın etdiyi tədbirdə əzilmək təhlükəsi yaşayan müğənni çətinliklə içəri girərək sevənləri ilə görüşüb.
Gördüyü mənzərədən təəccüblənən Alişan “Təxminən 5 saat avtoqraf verdim, 11 evlilik təklifi aldım. Burada qismətim açıldı”, – deyib.
VOİCEPRESS.AZ







