7 gün və 7 növ kokteyllə sağlam şəkildə arıqlama

14 Oktyabr, 20:12

7 gün ərzində sağlam şəkildə arıqlamaq istəyənlər bu kokteylləri içməklə orqanizmin vitamin və mineral balansını ödəməklə, artıq çəkidən xilas ola bilərlər.

1-ci gün.

Kivi, ispanaq, limon və cəfəri qarışımlı kokteyl orqanizmdən artıq suyun çıxarılmasına yardımçı olmaqla yanaşı, orqanizmin vitamin C-yə olan ehtiyacını ödəyir. Gün ərzində 1 dəfə zəif kalorili yemək və 2 dəfə bu kokteyldən içməklə çəkinizi azalda bilərsiniz.

2-ci gün.
VOİCEPRESS
immunitet.az-a istinadən bildirir ki, gün ərzində acdıqca hər dəfə banan və xurma kokteyli için və ən azı 1-2 km piyada gəzin. Hər dəfə kokteyl hazırladıqda 2 banan və 2 xurmadan istrifadə edilir.

3-cü gün.

Gün ərzində 3 dəfə ananas və ədviyyatlı (sarıkök və az miqdar darçın) kokteyl içməklə orqanizminizin mineral və vitamin balansını ödəyə bilərsiniz. Bu kokteyl sizə aclığınızı hiss etdirməyəcək.

4 cü gün.

Avokado kokteylini gün ərzində 3 dəfə için və piyada gəzin.

5-ci gün.

Manqo ilə portağallı kokteyl orqanizminizin vitamin və minerallara olan balansını ödəməklə sağlam şəkildə arıqlamağınıza səbəb olacaq.

6-cı gün.

Çuğundur və zəncəfildən hazırlanmış kokteyl çox faydalı olmaqla yanaşı metobolizmi sürətləndirərək araqlamağa kömək edir.

7-ci gün.

Gilləmeyvə və kefirdən hazırlanmış kokteyl sizin dadlı keçən həftənizi tamamlayaraq kalsium balansınızı ödəyəcək və sizin az çəki ilə sağlam bədənə sahib olmağınıza səbəb olacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here