İndoneziyada tükürpədici ənənə

13 Sentyabr, 12:14

İndoneziyada insanın qanını donduran adət-ənənənə – festival keçirilib. VOİCEPRESS-in məlumatına görə, bu festival zamanı insanlar yaxınlarını məzardan çıxarırlar.

Bənzəri olmayan festival zamanı bədənlərində çürümə başlayan ölülərə yaxınları yenidən qulluq edir və yenidən basırdırırlar. Onların əyinlərindəki geyimlər dəyişdirilir, müəyyən aksessuarlar taxılır. Ən sevdikləri insanlar tərəfindən məzardan çıxarılan ölülər bir gün ərzində yaxınları ilə “zaman keçirirlər”.

Bu tükürpədici adət ölkədə Cənubi Sulavasi bölgəsində yaşayan Torajan etnik qrupundadır. Onlar axınlarının həyatının ölümlə bitmədiyinə inanırlar.

Tayfanın bəzi üzvləri buna o qədər çox inanırlar ki, hətta yaxınlarını mumiyalayaraq bir neçə il evlərində saxlayırlar.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here