Erməni deputatların Bakıda nə işi var?

22 Sentyabr, 08:23

VOİCEPRESS-in verdiyi xəbərə görə, Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan bu gün Bakıya gələcək.

Məlumata əsasən, erməni deputatlar Bakıda keçiriləcək “Avronest” Parlament Assambleyasının iclasında iştirak edəcəklər.

Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Fuad Muradov məlumatı təsdiqləyib. Bildirib ki, sentyabrın 22-ə planlaşdırılan iclasda erməni deputatların iştirakı təsdiqlənib.

Erməni deputatların Bakıda nə işi var?

Qeyd edək ki, EURONEST Parlament Assambleyası 2011 ci ildə təsis olunub. Deputat Elxan Süleymanov qurumun həmsədridir.
Brüsseldə EURONEST Parlament Assambleyasında iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin çıxışından sonra bu strukturun təsis olunması barədə akt imzalanmışdı. Daha sonra Avropa İttifaqı, Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan parlamentarlar təşkilatın fəaliyyətinə dair prosedur mexanizmini səsvermə ilə qəbul etmişdilər.

Xatırladaq ki, iclasda Azərbaycanın Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edirdi. Heyətin tərkibinə Milli Məclisin dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli, deputatlar Gülçöhrə Məmmədova, Elxan Süleymanov, Fuad Muradov və Asim Mollazadə daxil idi.



VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here