İtaliya Superkuboku “Latsio”nun oldu

14 Avqust, 07:48

Romanın “Latsio” klubu 2016/2017-ci illər mövsümündə İtaliya superkubokunun qalibi olub.

VOİCEPRESS xəbər verir ki, İtaliya kubokunun qalibi kimi çıxış edən romalılar superkubok görüşündə ölkə çempionu “Yuventus”u 3:2 hesabı ilə məğlub ediblər.

Oyunda hesabı 32-ci dəqiqədə “Latsio”nun hücumçusu İmmobile açıb. O penalti zərbəsi ilə Buffonu məyus edib.

İkinci hissədə, 54-cü dəqiqədə İmmobile özünün və komandasının 2-ci qolunu vurub.

“Yuventus” oyunda dönüş yaratmağı bacarıb. Turinlilərin heyətində oyunun son 5 dəqiqəsində Paolo Dibala 2 dəfə fərqlənələrək hesabı bərabərləşdirib.

Lakin oyuna əlavə olunmuş dəqiqələrdə “Latsio”lu Murgia “Yuventus”a qol vuraraq komandasına superkubok qazandırıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here