İranın baş qərargah rəisi Türkiyəyə gedir

14 Avqust, 07:41

İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general Məhəmməd Bakiri türkiyəli həmkarı Hülusi Akarla görüşmək üçün 15 avqustda Türkiyəyə səfər edəcək.

VOİCEPRESS xəbər verir ki, heyət üzvləri üç gün davam edəcək səfər çərçivəsində Türkiyədə hərbi və siyasi rəhbərlərlə görüşəcək.

Tərəflərin terrorla mübarizə, regional inkişaf, müdafiə sahəsindəki ikili münasibətlər və sərhəd əməkdaşlığı kimi məsələləri müzakirə etməsi gözlənilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here