Paytaxtın bəzi yerlərində havada tozun miqdarının sanitar normanı bir neçə dəfə keçdiyi müşahidə edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən VOİCEPRESS-ə verilən məlumata görı, Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti bu gün səhər saatlarından başlayan güclü şimal küləyi nəticəsində havadakı tozun miqdarı normanı keçdiyini bildirib. Buna səbəb yer səthindən tozun havaya qalxması olub.

Havadan götürülmüş toz nümunələrində fiziki-kimyəvi analizlər aparılıb. Analizlərin nəticələri tozun tərkibində hər hansı kimyəvi maddənin olmadığını göstərib. Monitorinq nəticələrinə əsasən, tozun miqdarının artması lokal xarakter daşıyır.
VOİCEPRESS.AZ