İstanbulda ağır yol qəzası baş verib.
VOİCEPRESS-in “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, iki sərnişin avtobusunun toqquşması nəticəsində 32 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Xəsarət alanlar xəstəxanalara çatdırılıb. Onlardan 3-ün vəziyyətinin ağır olduğu bildirilir.
Qəzanın səbəbləri barədə məlumat verilmir.
VOİCEPRESS.AZ







