Ailəsi, şəxsi həyatı barədə olduqca az məlumat bəlli olan Rusiya lideri Vladimir Putinin nəvələri olduğu üzə çıxıb. VOİCEPRESS-in məlumatına görə, o özü bu barədə açıqlama verib.
Putin amerikalı rejissor Oliver Stounun onun barəsində çəkdiyi sənədli filmdə bu barədə danışıb.
Stoun prezidentdən nəvələrini sevib-sevmədiklərini soruşub. “Putin dedi ki, bəli çox sevir. Amma etiraf edib ki, onlarla oynamaq üçün çox vaxtı olmur”.
“Oksar”lı rejissorun lentə aldığı 4 seriyalı “The Putin Interviews” adlı sənədli film “Showtime” kanalında 12-15 iyunda efirə çıxacaq. Artıq onun anonsu da yayılıb.
VOİCEPRESS.AZ






