Nazirlə vida başladı

10 İyun, 12:11

Mərasim saat 14:00-a kimi davam edəcək

İyun ayının 8-də Türkiyənin İstanbul şəhərində müalicə olunduğu klinikada vəfat edən energetika naziri Natiq Əliyevlə vida mərasimi başlayıb. VOİCEPRESS-in məlumatına görə, mərasim Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilir.
Mərkəzin səhnəsində qoyulan cənazənin ətrafına N.Əliyevin xidmətlərinə görə aldığı mükafatları – medal və ordenləri düzülüb. Burada həmçinin Azərbaycan prezidentinin adından göndərilən əklil də yerləşdirilib.

Mərasimdə mərhumun ailə üzvləri, ziyalılar, SOCAR-ın əməkdaşları, rəhbər şəxslər, ictimaiyyət nümayəndələri iştirak edir.

Qeyd edək ki, mərasim saat 14:00-a kimi davam edəcək. Daha sonra mərhum II Fəxri Xiyabanda dəfn olunacaq.

Ötən həftə ürəyində problemlər yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. Onun ürəyinə stendlər yerləşdirilmişdi. Daha sonra isə müalicəsini davam etdirmək üçün xüsusi ambulans təyyarə ilə Türkiyəyə aparılmışdı.

N.Əliyevin səhhəti iyunun 8-də İstanbulun “Florence Nightingale” xəstəxanasında qəfildən pisləşib və o dünyasını dəyişib. Onun nəşi bu gün səhər Bakıya gətirilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here