Prezidentə mahnı yazmaq qadağan olundu – Rəsmi

8 İyun, 19:22

Tanınmış müğənninin “Qoy bu gözəl torpağın sultanı sağlam olsun” mahnısı mənfi qarşılandı…
Dövlət qurumlarından biri rəsmən ölkə prezidentinə şeir və mahnı həsr etməyi yasaqladı.
VOİCEPRESS “Azadlıq” radiosuna istinadla yazır ki, söhbət Özbəkistandan gedir.

“Özbəkkonsert” dövlət idarəsi rəsmən yeni prezident Şavkat Mirziyoyevi mədh edən mahnı yazmağa və ifa etməyə qadağa qoyub. Qurumun rəhbəri Azamat Xaydarov bunu onunla izah edir ki, belə mahnılardan bəziləri bədii və mənəvi-etik normalara uyğun olmur.
Mədəniyyət nazirinin müavini Minxodjiddin Xodjimitov da “Özbəkkonsert” rəhbərini dəstəkləyib.
Xəbərdə xatırladılır ki, bu günlərdə özbək müğənnisi Dilfuz İsmailovanın yeni prezidentə həsr edilmiş “Qoy bu gözəl torpağın sultanı salam olsun” adlı mahnısı cəmiyyətdə mənfi reaksiyalara səbəb olub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here