Bu faktı Azərbaycan qanunvericiliyi pozularkən hər bir vətəndaşa qarşı hansı addım atmaq lazım gəlirsə, həmin addımın atıldığı adi hüquqi prosedur hal hesab edirəm. Ona görə də məsələ ətrafında süni ajiotaj yaradılması düzgün deyil”.
VOİCEPRESS milli.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev bildirib.
Millət vəkili qeyd edib ki, bundan sui-istifadə edərək Azərbaycan-Gürcüstan əlaqələrinə xələl gətirmək istəyən anti-Azərbaycan qüvvələr öz istəklərinə nail olmayacaqlar: “Azərbaycan Gürcüstanın enerji təhlükəsizliyi və bütövlükdə təhlükəsizliyinin təmin edilməsində çox mühüm rol oynayır. İki ölkə arasında dostluq, mehriban qonşuluq əlaqələri mövcuddur. Bu əlaqələr strateji xarakter daşıyır. Ayrı-ayrı qüvvələrin Gürcüstandan Azərbaycana qarşı bir platsdarm kimi istifadə etmək, yaxud iki ölkə arasında əlaqələri korlamaq niyyətləri də baş tutmayacaq. Təəssüf ki, belə cəhdlərin edilməsi indi də açıq şəkildə hiss edilir. Bu cəhdlər əvvəllər də olub və yəqin ki, gələcəkdə də olacaq. Amma müstəqillik qazanandan bəri Azərbaycan və Gürcüstan dövlətlərinin keçdiyi yol ondan xəbər verir ki, bu cür təxribatların arxasında kimlərin durmasından asılı olmayaraq, onlar öz məqsədlərinə çatmayacaqlar”.
Qeyd edək ki, Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun yaydığı birgə məlumata əsasən, Azərbaycan vətəndaşı, 1974-cü il təvəllüdlü Muxtarlı Əfqan Sabir oğlu 29 may 2017-ci il tarixdə saat 22:40-da Balakən rayonu ərazisində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmiş və xidmətin əməkdaşları tərəfindən saxlanılıb.
VOİCEPRESS.AZ







