Yıldırımdan sərt açıqlama: Atatürkü təhqir edənlər…

10 May, 16:52

Türkiyə baş naziri Binəli Yıldırım Atatürk haqqında səsləndirilən çirkin ifadələrlə bağlı sərt açıqlama verib.

VOİCEPRESS xəbər verir ki, nazir açıqlamasında həmin şəxsləri qınadığını deyib:

“Qazi Mustafa Kamal Atatürk və cümhuriyyətimizin qəhrəmanları bizim milli dəyərlərimizdir. Bunlara ediləcək həqarətləri də qəbul etmərik. Bu və buna bənzər addımları şiddətlə qınayıram və hüquqi cəhətdən nə lazımdırsa, olunacaq. Biz qəhrəmanlarımızın qurduğu, minlərlə şəhidimizin bizə əmanət etdiyi yurdumuzu daha irəli aparmaq üçün nə lazımdırsa, edəcəyik. Tariximiz bizi utandıracaq heç nəyə sahib deyil. Bu müzakirələrin məqsədli olduğunu düşünürük”, – baş nazir bildirib.

Türkiyənin Avropa Birliyi naziri Ömər Çelik Mustafa Kamal Atatürk və ailəsi haqqında təhqiramiz ifadələr işlədənləri sərt şəkildə tənqid edib:

“Söhbət bəzi şəxslərin televiziyalarda söylədiyi çirkin sözlərdən gedir. Bu çirkin sözləri, xüsusilə də Cümhuriyyətimizin qurucusu Mustafa Kamal Atatürkün, anası və mənəvi qızı ilə bağlı deyilənləri qınayırıq. Hər kəs bir-birinə hörmət etmək haqqına sahibdir, amma dövlətimizin qurucusuna bu hörmətin göstərilməsi məcburidir. Bunlar intellektual çalışma məsələsi deyil, ciddi məsələlərdir. Bu hörmətsizliyi qınayırıq. Onsuz da prokururluq lazım olan işləri görəcək”.

Qeyd edək ki, Türkiyənin TVNET kanalında yayımlanan “Dərin tarix” adlı verilişdə Mustafa Kamal Atatürklə bağlı səsləndirdiyi ifadələrə görə aparıcı Süleyman Yaşılyurd haqqında Cümhuriyyət Prokurorluğunda istintaq başladılmışdı.

Yaşılyurda qarşı “Atatürkün xatirəsinə həqarət etmə” maddəsilə cinayət işi açılıb. Prokurorluq Həsən Akar adlı digər şəxsə qarşı da Atatürkün anası Zibeydə xanım haqqında sosial şəbəkələrdə paylaşılan videoda söylədiyi ifadələrə görə cinayət işi açıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here