Bu gün Azərbaycan-Makedoniya münasibətləri uğurla inkişaf etməkdədir. Hər iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində rol oynayan insanlardan biri də diasporçu-yazar Elnurt Eltürk olub. Bu cür xidmətlərinə görə diasporçu-yazar Elnur Eltürk Makedoniya Ufuk Dərnəyi tərəfindən “TƏŞƏKKÜRNAMƏ” ilə təltif olunub.
VOİCEPRESS xəbər verir ki, Ufuk dərnəyinin sədri Dr.Elvin Hasan Elnur Eltürkün Türk dünyası üçün mühüm işlər gördüyünü qeyd edib.
Makedoniya parlametinin deputatı, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Enes İbrahim Elnur Eltürkün Makedoniya-Azərbaycan əlaqələrinin inkişafında gördüyü işləri yüksək qiymətləndirib.
Qeyd edək ki, Elnur Eltürk AMEA Mərkəzi Elmi Kitabxanasında Sərbəst İnformasiya Resurslar şöbəsinin rəhbəridir.
VOİCEPRESS kollektivi olaraq yazar Elnur Eltürkü təbrik edir, uğur diləyirik.
VOİCEPRESS.AZ