Təhlükəsiz xidmətinin əməkdaşları səhvən naziri öldürdü – ŞOK!

4 May, 10:00

Somalidə təhlükəsiz xidmətinin əməkdaşları səhvən ölkənin İctimai işlər və yenidənqurma naziri Abbas Abdullahini güllələyərək öldürüblər. VOİCEPRESS-in məlumatına görə, insident paytaxt Moqadişoda, prezident sarayının qarşısındakı nəzarət-keçid məntəqəsində baş verib. Bu barədə Reuters məlumat yayıb.

Polis nümayəndəsi Nur Hüseynin sözlərinə görə, təhlükəsiz xidmətinin əməkdaşları avtomobildə terrorçuların olduğunu zənn edərək atəş açıblar.

Qeyd edək ki, Somalidə “Əl Qaidə” ilə əlaqəli olan “Əş-Şəbab” terrorçu qruplaşması fəaliyyət göstərir. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır. Ötən ilin iyun ayında Somalinin Ətraf mühit naziri Buri Həmzə “Əş-Şəbab” terror qruplaşmasının Moqadişoda otelə hücumu nəticəsində öldürülüb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here