Ermənistanda yüksək rütbəli hərbçilər həbs olunub.
VOİCEPRESS Ermənistan xəbərlərinə istinadən xəbər verir ki, “N” saylı hərbi hisssənin arxa cəbhə üzrə komandir müavini Vigen Petrosyan və ərzaq xidmətinin rəisi Eduard Aleksanyan “Avanqard” MMC-nin baş mütəxəssisi Karen Qriqoryanla birlikdə təxminən 3 milyon drama yaxın pulu mənimsəməkdə təqsirləndirilir.
İstintaq zamanı məlum olub ki, Vigen Petrosyan Karen Qriqoryanla və Eduard Aleksanyanla əlbir olaraq, dövlətə 2 mln. 799 min dram məbləğində maddi ziyan vurub.
Vigen Petrosyan həbs edilib. Digər iki nəfərə isə ölkədən çıxış qadağan olunub.
VOİCEPRESS.AZ