İSESKO-nun baş direktoru: “Əbülfəs Qarayev öz işinin peşəkarıdır”

6 May, 14:11

İSESKO-nun baş Direktoru Əbdüləziz Osman Əl-Tüveyçri aprelin 10-dan mayin 10-nadək davam edəcək Bakı Şopinq Festivalını “çox ciddi layihə” adlandırırb.

VOİCEPRESS bildirir ki, www.bakushopfest.com saytına açıqlamasında Tüveyçri qeyd edib ki, turizmin inkişafına təkan verən Şopinq Festival kimi layihələr çox vacibdir: “Turizm ölkənin inkişafı üçün çox vacibdir. Belə layihələr maliyyə dəstəyinə, eyni zamanda əlavə maliyyə investisiyalarının cəlb edilməsinə zəmin yaradır”.

İSESKO-nun baş direktoru hesab edir ki, Azərbaycan öz gözəlliyini dünyaya uğurla nümayiş etdirir: “Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkənin mədəniyət və turizm potensialının, sözün yaxşı mənasında, təbliğatının öhdəsindən layiqincə gəlir. Nazir Əbülfəs Qarayev öz işinin peşəkarıdır. Bizim təşkilat bu nazirliyi İSESKO-ya üzv olan ölkələr arasında ən yaxşı nazirlik hesab edir”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here