Asiya Gimnastika İttifaqı: “Azərbaycan İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə təşkil edəcək”

6 May, 14:27

“Azərbaycan gimnastikanın inkişafı üzrə düzgün yoldadır”.

VOİCEPRESS bildirir ki, bunu Trend-ə Asiya Gimnastika İttifaqının prezidenti Abdul Rəhman əl-Şathri Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) illik Şurasının kuluarlarında deyib.

O qeyd edib: “Azərbaycan Gimnastika Federasiyasının və şəxsən federasiyanın baş katibi Fərid Qayıbovun bu sahədə işini yüksək qiymətləndirirəm”.

Əl-Şathri, həmçinin Azərbaycan Gimnastika Federasiyasına FIG Şurasının yüksək səviyyədə təşkilatçılığına və qonaqpərvərliyə görə təşəkkürünü bildirib:

“Hamıya yaxşı məlumdur ki, Azərbaycan təkcə gimnastika deyil, digər idman növləri üzrə də bir çox yarışlar keçirir. Əminəm ki, ölkəniz IV İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə təşkil edəcək”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here