Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyev gücünü nümayiş etdirib.
VOİCEPRESS xəbər verir ki, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti olan peşəkar idmançı sosial şəbəkədə məşq zalında videosunu paylaşıb. O, 60 kq çəkidə olan qantelləri belinə bağlayaraq turnikdə aşağı-yuxarı qaldırıb.

Məlumat üçün bildirək ki, Azər Əliyev 1986-cı ildə Bakı şəhərində anadan olub. Təhsilini Londonda alıb.
2 iyul 2011-ci ildə Çexiyanın paytaxtı Praqada paurliftinqin WPC versiyası üzrə gənclər arasında 100 kq-da yarışan Azər Əliyev 3 hərəkətin cəmində 600 kq ağırlığın öhdəsindən gəlib və 5-ci yeri tutub.
23 noyabr 2011-ci ildə Latviyanın paytaxtı Riqada paurliftinqin WPC versiyası üzrə dünya çempionatında yarışan idmançımız fəxri kürsüyə yaxın olub. Azər Əliyev 100 kq-da ləvazimatsız 610 kq qaldıraraq 4-cü yeri qazanıb.
2014-cü ildə isə Azər Əliyev Açıq Avrasiya Kuboku yarışında 250 kq-lıq nəticə ilə gümüş medala sahib olub.
VOİCEPRESS.AZ