Gimnastlarımızdan daha bir medal

15 May, 14:10

Azərbaycan gimnastı Timur Bayramov Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında paralel qollarda hərəkətlər üzrə üçüncü olub.

VOİCEPRESS-in məlumatına görə, T.Bayramovun yekun nəticəsi 13.100 bal olub.

Türkiyə idmançısı Fərhad Arican 14.900 bal yığaraq qızıl medala sahib olub.

Gümüş medal isə əlcəzairli Hilal Meticiyə nəsib olub – 13.500 bal.

Digər təmsilçimiz Bense Talas 7-ci yerlə kifayətlənib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here